Qubada azyaşlı qızla bağlı baş verən zorakılıq sosial şəbəkələrdə geniş müzakirələrə, etirazlara səbəb olub.
Böyük əksəriyyət 10 yaşlı Nuraya Quba rayon Məhkəməsində zor tətbiq edilməsinə qarşı çıxır.
Məhkəmə icraçıları 10 yaşlı qızı bu günə kimi atalıq etməyən bioloji atasına vermək üçün onu böyüdüb boya-başa çatdıran xalasından (anası dünyasını dəyişib) alıblar. Hadisənin təfərrüatı videoda daha acınacaqlı şəkildə əks olunub.
Modern.az saytı məsələnin hüquqi və mənəvi tərəfləri barədə sorğu aparıb.
Hüquqşünas Əlməmməd Nuriyev bildirib ki, uşağa qarşı bu formada zor tətbiq etmək yolverilməzdir.
“Birincisi, bu cür hallar qanunla qadağan edilir. Buna görə məsuliyyət var. İkincisi, uşağa zorakılıq tətbiq olunursa, bu lap biabırçılıqdır. Üçüncü tərəfdən bu zorakılıq səlahiyyətli, vəzifəli şəxs tərəfindən tətbiq olunusa, bu ikiqat, üçqat biabırçılıqdır. Bütün hallarda məsələnin tam araşdırılması vacib olan haldır”.
Hüquqşünas onu da əlavə edib ki, bu məsələ ilə bağlı müvafiq qurumlar qarşısında çıxış edəcək.
“Eyni zamanda, məsələnin tam araşdırılması ilə bağlı bütün proseslərdə iştirak etməyə hazıram. Həm də Hökumət-Vətəndaş cəmiyyəti dialoq platformasının koordinatoruyam. Həmçinin, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvüyəm. Nəzərə alsaq ki, məhkəmə qərarların icrası ilə bağlı Ədliyyə Nazirliyi strukturuna tabedir, onda şübhəsiz ki, bu məsələni müvafiq qurumlar qarşısında qaldıracağam və geniş araşdırılmasını xahiş edəcəm. Bu prosesdə birbaşa təqsirli olan şəxslər cavabdehlik daşıyacaqlar. Bütün hallarda məsələnin tam ətraflı araşdırılmasının tərəfdarıyam. Belə məsələlərdə Ədliyyə Nazirliyi tərəfindən çox sərt və qanunda nəzərdə tutulmuş bütün zəruri tədbirlər operativ cəhətdən görülür. Bunun dəfələrlə şahidi olmuşam. Hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq araşdırma aparılıb qərarlar qəbul ediləcək. Mən də müvafiq strukturlar qarşısında bu məsələni qaldıracam”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva isə baş verən hadisənin mənəvi tərəfləri barədə danışıb. O, deyib ki, valideynlərin özləri çalışmalıdırlar ki, indidən o uşağın psixoloji durumu pozulmasın, psixoloji zərbələr almasın.
“Bilirsiniz, bu cür məsələlərə münasibət bildirmək üçün tam olaraq hadisə haqqında məlumatlanmaq lazımdır. Sosial şəbəkələrdə yayılan videodan da aydın görünür ki, ailədaxili məsələ məhkəmə səviyyəsində həll edilib və uşaq ataya verilib. Amma yalnız bu videoya istinad edib birtərəfli qaydada danışmaq da müəyyən problemlərə yol aça bilər. İstənilən halda məhkəmə hansısa bir fakta istinad edərək qərar qəbul edib. Görünür ki, məhkəmə çoxdan qərar qəbul etdiyi üçün məsələ məhkəmə icraçılarının vasitəsilə həll edilməyə çalışılır.
Sözügedən problemə isə hüquqsünaslar daha açıq və aydın şəkildə münasibət bildirə bilərlər. Lakin məsələnin mənəvi tərəfinə gəlincə, əlbəttə ki, biz artıq hər şeyi başa düşən, dərk edən bir uşağın da fikrinin soruşulmasının vacibliyini önə çəkə bilərik. Çünki, uşaq bu günə qədər əziyyətini çəkən, onu böyüdən və tərbiyə edən anasının yanında qalmaq istəyirsə, tərəflər də razılığa gəlməyə hazır olmalıdırlar. Bu, mal-mülk deyil ki, məcburi qaydada yarı-yarı istifadəyə cəlb edilsin. Xüsusilə də, uşaq qızdırsa, o zaman valideynlərin özləri çalışmalıdırlar ki, indidən o uşağın psixoloji durumu pozulmasın, psixoloji zərbələr almasın. Çünki, bütün yaşananların onun inkişafı prosesinə böyük təsiri olacaq.
Burada biz məhkəmə qərarını şübhə altına almamalıyıq. Əgər tərəflərdən kimsə yerli məhkəmənin qərarından narazıdırsa, yuxarı məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır. Eyni zamanda, valideynlərin istəkləri və tələbləri də nəzərə alınmalıdır. Ortaq nöqtənin tapılması isə daha çox ana və atadan, həmin ailəyə yaxın olan ağsaqqal və ağbirçəklərdən də asılıdır. Mətbuat və sosial şəbəkə istifadəçiləri də gərək məsələni elə ictimailəşdirsin ki, bu, başqa məqsədlərə xidmət etməsin, yalnız problemin həlli yollarını göstərsin”.
Verilən məlumatlara görə, zorakılığa məruz qalan azyaşlı qız hazırda həkim nəzarəti altındadır, onun psixoloji durumunun pisləşdiyi bildirilir.
Namidə BİNGÖL