Azərbaycanlı futbolçuya edilən təklif Rusiyada ağılları qarışdırdı

Azərbaycanlı futbolçuya edilən təklif Rusiyada ağılları qarışdırdı Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun Moskva "Spartak"ından təklif alması Rusiyada müzakirə mövzusudur.

Goal.az xəbər verir ki, "Lokomotiv"də çıxış edən futbolçu üçün qarşı tərəfin 2 milyon avro ödəməyə hazır olduğu deyilir.

"Lokomotiv"in prezidenti İlya Qerkus 2 milyon məsələsini qeyri-ciddi adlandırıb: "Aleksandr Səmədov üçün 2 milyonluq təklif qeyri-ciddidir. Onun müqaviləsində konkret məbləğ göstərilib - 5 milyon avro. Oyunçu komandadan getmək qərarına gəlibsə, onu heyətinə qatan tərəf lazım olan məbləği ödəməlidir".

Oxşar xəbərlər