Masallı rayonunda iki kəndi su basıb.
Bu barədə Trend-ə açıqlamasında Masallı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məlumat verib.
Onun sözlərinə görə, hadisə Cəlilabad su anbarının daşması nəticəsində baş verib: "Son günlər havaların qeyri-sabit keçməsi, intensiv yağışların yağması nəticəsində Cəlilabad su anbarına qoşulan çaylarda suyun artması ilə nəticələnmişdi. Nəticədə su anbarında yüklənmə olub və anbar daşıb. Hadisə nəticəsində Masallı rayonunun iki kəndi - Xırmandalı və Təklə kəndlərində 150-yə yaxın evi və həyətyanı sahəni su basıb. Evlərin birinci mərtəbəsini su basıb. Su basan 50 evdə ailələri köçürmüşük. Qalan 100 evə isə baxış keçirilib, hələlik onların köçürülməsinə ehtiyac yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə ərazidə tədbirlər görürük. Hadisə nəticəsində dəymiş ziyan müəyyənləşdirilir".