Bəybala Əsədov son vaxtlar öz maxinasiyalarının qurbanı kimi, daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir
Bu günlərdə redaksiyamıza yeni daxil olmuş məlumatlarda Masallının Gəyəçöl kənd bələdiyyəsinin sədri Bəybala Əsədovun və kənd icra nümayəndəsi Afərin Şükürovun özbaşınalıqlarından bəhs olunur. Dərhal qeyd edək ki, rəsmi olaraq Bəybala Əsədovun Gəyəçöl kənd bələdiyyəsinin sədri olmadığı bizə məlumdur. Lakin bizə bu da məlumdur ki, həmin vəzifəni bir müddət bundan əvvəl öz gəlini Xəyalə Əsədovaya təhvil verən Bəybala Əsədov, faktiki olaraq bu gün də sədr səlahiyyətlərini özündə saxlamışdır.
Aldığımız açıqlamalarda bildirilir ki, bu iki məmurun, yəni Bəybala Əsədovun və Afərin Şükürovun birgə həyata keçirdikləri torpaq maxinasiyaları kənd sakinlərinin ciddi etirazlarına səbəb olur. Mənbələrin iddiasına görə, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Nəticədə isə, bu gün artıq Gəyəçöl bələdiyyəsinin ərazilərində demək olar ki, boş torpaq sahələri qalmamışdır. Artıq vəziyyət elə bir həddə çatıb ki, bələdiyyə sədri və icra nümayəndəsi hətta sakinlərin pay torpaqlarını da satmaqdan belə çəkinmirlər. Qeyd etmək lazımdır ki, Bəybala Əsədov bu kimi maxinasiyalarda artıq çoxda “bişmiş” kadr olduğu halda, Afərin Şükürov hazırda tutduğu vəzifəyə nisbətən təzə təyinat alması səbəbindən öz şərikinin maxinasiyalarına bir qədər sonradan qoşulmuşdur. Ona qədər isə, bələdiyyə sədri bu kimi maxinasiyaları əvvəlki icra nümayəndəsi və kəndin poçt məntəqəsinin rəisi ilə həyata keçirirdi. Qeyd edək ki, Afərin Şükürovdan əvvəl bu vəzifəni tutan keçmiş icra nümayəndəsi də məhz bu kimi maxinasiyalar səbəbindən işdən qovulmuşdu. Ondan fərqli olaraq isə, Masallının ən qalmaqallı bələdiyyə sədri kimi tanınmış Bəybala Əsədov gördüyümüz kimi, öz vəzifəsindən yalnız sənəd üzərində “kənarlaşdırımaqla”, bu gün də tutduğu vəzifədə öz qanunsuz əməllərinə davam etməkdədir. Amma ədalət naminə bunu da demək lazımdır ki, bələdiyyə sədri də törətdiyi maxinasiyalara görə müəyyən “qurbanlar” verməli olmuşdur. Məsələn, elə götürək bir müddət bundan əvvəl Masallıda böyük rezonans doğurmuş “döyülmə” olayını. Həmin vaxt hətta qanunsuz torpaq maxinasiyalarında özünün tərəf müqabilləri kimi çıxış edən insanları (deyək ki, müştərilərini) belə aldatdığına görə, Bəybala Əsədov həmin şəxslərdən biri tərəfindən möhkəm döyülmüşdü. Ümumiyyətlə isə, bu bələdiyyə sədrinin həyata keçirdiyi torpaq maxinasiyaları səbəbində Gəyəçöl kəndində belə xoşagəlməz insidentlərin yaşanması heç də nadir hadisə deyil. Belə ki, qeyd etdiyimiz olaydan bir qədər sonra Bəybala Əsədovun qanunsuz işlərində ona ortaq olan digər bir məmurun, poçt məntəqəsi rəisinin də maşınını kənd sakinlərindən biri vuraraq kanala salmışdı. Açıqlamaya görə, kənd sakini poçt rəisinə torpaq almaq üçün müəyyən məbləğdə pul ödəmişdir. Lakin sonradan nə torpağı, nə də verdiyi pulu geri ala bilmədiyindən belə bir addım atmışdır.
Belə görünür ki, Bəybala Əsədov hər halda baş verən bu insidentlərdən müəyyən nəticə çıxarmışdır. Belə ki, son vaxtlar öz maxinasiyalarının qurbanı kimi, bələdiyyə sədri daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir. Elə dünən aldığımız növbəti şikayət ərizəsi də redaksiyamıza Gəyəçöl kəndində yaşayan Əliyeva Şəhla Haşım qızı tərəfindən təqdim olunmuşdur. Ərizədə deyilir: “Yazıb sizə bildirmək istəyirəm ki, mən Əliyeva Şəhla Haşım qızı Masallı rayonunun Gəyəçöl kəndində yaşayıram. Yaşadığım ev də bizim dədə-baba mülkümüzdür. Bu yaxınlarda isə bilmişəm ki, həmin bizim bu evimiz mənim xəbərim belə olmadan, kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən imkanlı bir şəxsə satılmışdır. Bunun necə mümkün olması mənim ağlıma belə sığmır. Dəfələrlə aidiyyəti olan orqanlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. Bələdiyyə sədri ilə icra nümayəndəsi də, öz çirkin əməllərinə davam etməkdə israrlıdırlar. Odur ki, sizdən xahiş edirəm, mənim tək xanım olmağımı və köməksiz olduğumu nəzərə alıb, bu işdə mənə kömək edəsiniz. Xahiş edirəm ki, mənim problemimi ictimailəşdirməklə, ölkə rəhbərliyinin diqqətinə çatdırasınız”.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.