Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə
Surəti: Müdafiə naziri cənab, Zakir Həsənova
Surəti: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, cənab Arzu Rəhimova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Zakir Qaralova
Surəti: Millət vəkili, cənab Zahid Oruca
Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Muradova Əsli Həmid qızı tərəfindən
Cənab prezident!
Mən əvvəllərdə Sizə qarşılaşdığım haqsızlıq və qanunsuzluqlarla bağlı yazmışdım. Təəssüflər olsun ki, 2016-cı ilin martından indiyə qədər müvafiq dövlət orqanlarına etdiyim çoxsaylı müraciətlərim nəticəsiz qalıb və mənimlə bağlı haqq-ədalət bərpa edilməyib.
Bu səbəbdən də Sizə yenidən müraciət etmək məcburiyyətində qalmışam.
Bir daha nəzərinizə çatdırıram ki, övladım Muradov Mübariz Heydər oğlu 04 iyul 1995-ci ildə Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə aparılıb. Həmin ilin 27 dekabrında isə balamın cənazəsi üstümə gətirilib. Hərbi hissədən oğlumun şəhid olduğu bildirilib. 172 saylı hərbi hissənin komandiri, Milli Qəhrəman, polkovnik-leytenant Fəxrəddin Cəbrayılovun imzası və möhürüylə bu fakt təsdiqlənib. Hərbi hissənin verdiyi bildirişdə yazılıb: "Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən Muradov Mübariz Heydər oğlu Murovdağ bölgəsində həlak olub.” Bundan sonar digər dövlət orqanlarında, Bərdə RİH-də, Bərdə rayon ƏSMM-də oğlumun şəhid status təmin edilib.
Şəhid Mübariz Muradov
Lakin hazırda Müdafiə Nazirliyivə SHXÇDX-dən aldığım cavablarda oğlumun şəhid statusunun təmin edilməsindən imtina olunur. Verilən cavablarda oğlumun hərbi xidmətə çağırıldığı, həlak olduğu təsdiq olunsa da, adının arxivdəki "Qaytarılmaz itkilər”kitabında olmaması səbəbindən şəhid statusu ilə təmin edilmədiyini bildirirlər. Oğlumun ölüm faktı ilə bağlı hər hansı izahat belə verilmir.
Hörmətli Cənab Prezident!
Müdafiə Nazirliyinin, yaxudda SHXÇDX-nin başdan eləmək xatirinə göndərdiyi cavablar məni qane etmir. Mən balamı xidmətə çağıran Müdafiə Nazirliyindən, SHXÇDX-dan izahat istəyirəm. Balamın adı niyə "Qaytarılmaz itkilər”kitabında yoxdur?! Məgər Müdafiə Nazirliyi və SHXÇDX mənim balamı" qaytarılmış itki” hesab edir?! Əgər onlar balamı qaytara bilirlərsə, buyurub qaytarsınlar, onun şəhid adını istəmirəm.
Müdafiə Nazirliyivə SHXÇDX-nin verdyi cavablar dövlətlə mənim aramda əbədi olaraq səpilən nifrət toxumu deməkdir. Bu cavablarla azadlığıma, hüquqlarıma, təhlükəsizliyimə təminat verməli olan dövlətim açıq-aşkar məni aldadıb, məni ələ salıb. Belə çıxır ki, övladımın Azərbaycan Respublikasının müdafiəsində xidməti borcunu yerinə yetirərkən həlak olduğunu yazmaqla məni aldadıblar. Onda öz əlləri ilə yazıb möhürlədikləri sənədin səhvən yazıldığını və etibarsız olduğunu bəyan etsinlər. Və izah etsinlər ki, mənim balam orduda hansı şəraitdə və niyə ölüb.
Cənab prezident, Sizdən xahiş edirəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq oğlumun ölüm faktına hüquqi qiymət verilməsini təmin edəsiniz. Ümummillilider Heydər Əliyevin fərmanıyla əsgərliyə çağırılan, onun komandanlığı altında hərbi qulluq keçən, müharibə şəraitində olan Murovdağda xidməti borcunu yerinə yetirərkən həlak olan balamın taleyinə hüququ qiymət verilməsini xahiş edirəm.
Eyni zamanda diqqətinizə çatdırıram ki, 2008-ci ildə mənə şəhid balamın adına lütf edib verdiyiniz prezident təqaüdünün kəsildiyini bildiriblər.
Sonradan xəbər tutmuşam ki, sən demə 2008-ci ildən mənə kəsildiyini dedikləri təqaüdü Bərdə ƏSMM-də 2014-cü ilə qədər rmənimsəyiblər. Əvvəllər bu pulları mənim aldığımı iddia edərək üzümə dururdular. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev KİV vasitəsilə mənə böhtan ataraq və məni təhqir edərək bildirmişdi ki, guya mən pulu alıb yemişəm, oğlumun şəhid olmadığını biləndən sonra ƏSMM o pulu geri istəyib deyə, and-aman edirəm ki, o pulları almamışam. Lakin Sizə və digər qurumlara çoxsaylı müraciətlərimdən sonra ƏƏSM mənim əvəzimdən pulu alanların kimliyini öyrənib. Məlum olub ki, mənim adıma açılan kartla başqa-başqa adamlar müxtəlif vaxtlarda o pulları Kapitalbankın bankomatlarından götürüblər. Buna baxmayaraq, Bərdə ƏSMM almadığım pulların geri qaytarılması üçün məni məhkəməyə verib. 20 iyul 2016-cı il tarixdə Bərdə rayon məhkəməsində hakim Əhməd Sarıyev mənə məxsus imza nümunələrini götürərək xətti ekspertizaya göndərəcəklərini bildirib. Üstündən üç aya qədər vaxt keçməsinə baxmayaraq, hələ də məhkəmədən xəbər yoxdur. Hesab edirəm ki, bu yubadılma təsadüfi deyil və müvafiq dövlət qurumunda çalışanlara əyri işlərini düzəltmək üçün vaxt qazandırmaq məqsədi daşıyır.
Cənab prezident! Həmişə olduğu kimi yenə də ümidim sizədir. Mən hələdə məmurların qanunsuz hərəkətlərindən əziyyət çəkirəm. Hüquqlarım tapdanır, mənə mənəvi cəhətdən əzab verirlər. Ümid edirəm ki, Siz mənə haqqımın bərpasında yardımınızı əsirgəməyəcəksiniz.
Sizdən xahiş edirəm, şikayətlərimin diqqətlə araşdırılması, həlak olmuş oğlumun statusunun müəyyən edilməsi, ƏƏSM-də baş verən qanunsuzluğun aradan qaldırılması, Azərbaycan Respublikasının vətəndaşı olaraq mənim hüquqlarımın bərpası istiqamətində qətiyyətli tapşırıq verəsiniz. Hepatit xəstəliyindən əziyyət çəkən, ahıl şəhid anasının bu ağrı və acılarına laqeyd qalmayacağınıza inanıram.