Bakı sakini Arif Cavadov prezident İlham Əliyevə müraciətində sensasion faktlar açıqlayıb
Politika.Az-a bir surəti göndərilən məktubda Heydər Əliyev adına Dərin Dəniz Özülləri zavodunda baş verənlər təfsilatı ilə qeyd olunub.
Məktub müəllifinin sözlərinə görə, vəzifəli bir işçi zavodun ərazisində gizli anbarlar yaradıb və oğurluq materiallar saxlayır: “Bu anbarlarda gizlədilən materiallar dəfələrlə sifariş edilib, alınıb, istifadə olunub, pul qazanılıb.
Hətta müharibə şəraitində olmasına baxmayaraq, yalandan 50 tonluq körpüli kranın üç gün saxlanılması və “detal yoxdur” deyib üç gün ərzində sifariş yazıb.
Beləcə gizli anbardan detalların istifadə edilməsi və pulun mənimsənilməsi faktını korrupsiya və sobataj adlandırmaq olar, ya yox?
Rəhbərlik vəzifəli işçinin gizlətdiyi 2 milyon manatlıq materialları üç ay ərzində siyahıya alınmasını və müsadirəsini həyata keçirməklə kifayətlənir. Ona “gözün üstə qaşın var” demir”.
A.Cavadov yazıb ki, bu işin üstün açan işçilər qovulur: “Bu cinayətkara himayədarlıqdır ya yox? Zavodun rəhbərinə yazılan məktubla əlaqədar 24.01.2014-də Azər adlı menecerlə görüşdə bildirəndə ki, bu haqsızlıqla əlaqədar prezidentə yazacam, cavabı o oldu ki, “Gücün çatmayacaq, get kimə yazırsan yaz”.
Bu necə, prezidentə qarşı hörmətsizlik və qanun pozuntusudur, ya yox? Bu hadisələr Heydər Əliyev adına Dərin Özüllər Zavodunda baş verib. Heç olmasa bu addan utanaydılar”.
Politika.Az baş prokuror Zakir Qaralova və prezidentə ünvanlanan bu müraciətdəki ittihamlarla bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırdır.