"TQDK-nın sorğusunda əyalətlərdən iştirak edən şagirdlərin 10.41%-i deyib ki, valideynlərinin hər ikisi işsizdir".
Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Valideynin iş-güc sahibi olması ilə övladların təhsili arasında əlaqəni şərh edərkən deyib.
Rövşən Ağayevin sözlərinə görə, təhsilin keyfiyyətinin kəskin şəkildə pisləşməsi ilə bağlı müzakirələrdə adətən sistemdaxili (sırf təhsil sisteminə bağlı) səbəblər önə çəklir: "Təhsilin keyfiyyətini itirməsində təhsil sisteminin idarəçilyində olan problemlərin, sistemdaxili qərar qəbulunda və mexanizmlərdəki yanlışlıqların payının həlledici olduğu şübhəsizdir. Amma sistemdənkənar problemləri də kənara qoymaq doğru deyil. Söhbət ilk növbədə ölkədəki mövcud sosial-iqtisadi problemlərdən, ailələrin iqtisadi imkanlarından gedir. Tələbə Qəbulu Komissiyasının (hazırda Dövlət İmtahan Mərkəzi) 2015-ci ildə apardığı monitorinq imtahanı zamanı şagirdlər arasında keçirdiyi sorğu da bunu təsdiqləyir. Məlumat üçün deyim ki, Komissiya ölkənin 48 şəhər və rayonuna aid 257 məktəbin 6 və 7-ci siniflərində azərbaycan dili və riyaziyyatdan imtahan götürüblər".
Ekspert bildirib ki, valideynlərin iş problemi olduğunu söyləyən şagirdlərin imtahan nəticələri daha pis olub: "Məsələn, Azərbaycan dili fənnindən "hər 2 valideynim işləyir" deyən şagirdlərin orta balı 5,56, "Valideynlərimdən biri işləyir" deyən şagirdlərin orta balı 5.13, "heç bir valideynim işləyir" deyən şagirdlərin orta balı 3,74 olub. Oxşar vəziyyət riyaziyyat fənnin üzrə imtahanda da özünü göstərib. Belə ki, riyaziyyat fənnindən "hər 2 valideynim işləyir" deyən şagirdlərin orta balı 3,6, "Valideynlərimdən biri işləyir" deyən şagirdlərin orta balı 3.17 "heç bir valideynim işləyir" deyən şagirdlərin orta balı 2,34 olub".
Rövşən Ağayev vurğulayıb ki, hökumətin rəsmi statistikası ölkədə işsizliyin 5%-i ötmədiyini göstərir: "Amma el arasında belə deyim var ki, sözün ən doğrusunu uşaqlar deyər. TQDK-nın sorğusunda əyalətlərdən iştirak edən şagirdlərin 10.41%-i deyib ki, valideynlərinin hər ikisi işsizdir. Bütün kontingent üzrə (Bakı da daxil) sorğunun nəticələrinə görə isə şagirdlərin cəmi 24%-i hər 2 valideyninin işə sahib olduqlarını qeyd ediblər. Ailələrin 76%-də isə ən azı 1 valideyn işsizdir...