ŞOK yaşanır: Nüvə sirləri sızdırıldı, generallar bir-bir həbs olunur

ŞOK yaşanır: Nüvə sirləri sızdırıldı, generallar bir-bir həbs olunur Çində ölkənin ən yüksək rütbəli generalı, ordunu idarə edən Mərkəzi Hərbi Komissiyanın (MAK) sədr müavini general Çjan Yousiya ABŞ-a nüvə sirlərini verməklə milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunur.

Ölkənin nüvə proqramı ilə bağlı məxfi məlumatları ABŞ-a sızdırmaqda ittiham olunan general Çjan Youşaya qarşı cinayət işi qaldırılıb.

“Wall Street Journal”ın yazdığına görə, general Çjan Yousiyaya qarşı belə bir iddia Çinin hərbi və mülki nüvə proqramlarını həyata keçirən Çin Milli Nüvə Korporasiyasının (CNNC) keçmiş baş meneceri Qu Cuna qarşı başlanan istintaq nəticəsində irəli sürülüb.

Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi İntizam Təhqiqat Komissiyası və Çin Milli Təftiş Komissiyası 19 yanvarda mülki məmur Qu haqqında araşdırma başlandığını elan edib.
Digər tərəfdən, Çinli generalın uzun illər rəhbərlik etdiyi və hərbi texnika və modernləşdirmədən məsul olan MAK-ın Avadanlıq İnkişafı Departamentində vəzifə yüksəlişləri və təyinatlar üçün rüşvət aldığı və həmçinin külli miqdarda rüşvət müqabilində keçmiş müdafiə naziri Li Şanqfunun təyinatını təmin etdiyi iddia edilir.

Keçmiş müdafiə naziri Li 2023-cü ildə bir müddət ictimaiyyətin diqqətindən yayındıqdan sonra vəzifəsindən azad edildi və növbəti il ona qarşı korrupsiya istintaqı başlandı.
Çanq hərbi texnika və müdafiə sənayesi sektorundakı səlahiyyətlərindən sui-istifadə edərək ordu daxilində təsir şəbəkələri qurmaqda və siyasi qruplaşmalar yaratmaqda ittiham olunurdu.
İddialara görə, Çanqla birlikdə istintaq aparılan Baş Qərargah rəisi Liu Cinli də oxşar ittihamlarla üzləşir və istintaq çərçivəsində hər iki generala yaxın bəzi zabitlərin telefonları da müsadirə edilib.

Çin prezidenti Si Cinpinlə uzun müddətdir ailəvi dostluğu olan ÇjanYousiya Çin ordusunda onun ən yaxın sirdaşlarından biri kimi tanınır.

Oxşar xəbərlər