"Etiraf etməliyik ki, idarəetmədə səhvlər etmişik. Səhvlərimizi etiraf etməsək və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç nəyə nail ola bilməyəcəyik".Xarici mediaya məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O vurğulayıb ki, hökumət orqanları yoxsulların tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.
"Bütün qurumlar və hakimiyyət orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə və yadlaşmaya doğru getməsini gözləyə bilmərik", - deyə o qeyd edib.