Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA

Prezidentin sərəncamı ilə ayrılan pullar əhaliyə necə VERİLƏCƏK? - AÇIQLAMA Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O, sərəncamın icrası ilə bağlı ünvanlanan vacib suallara bu cür cavablandırıb:

- Kimlərə yardımlar ödəniləcək?

- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

- Yardımlar necə ödəniləcək?

- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

Oxşar xəbərlər