Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, dağıntılar altında qalanların olma ehtimalı var.
TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.
Fotolar: Pərvin Zeynal









