
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
