
Ölkə.Az xəbər verir ki, sözügedən artımın yaxın zamanlarda baş tutacağı gözlənilir.
Bəzi KİV-lərdə gedişhaqqının 40-50 qəpik artırılacağı bildirilir.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.