DÜNYA BELƏ QURULUB

DÜNYA BELƏ QURULUB

Haqq-ədalət nə gəzir,
Zor imiş işin əslı.
Rüşvət elə kök salıb,
Kəsilmir heç nəsli.

Yazılan qayda-qanun,
Kağız üstündə imiş.
Bütün dava-savaş da,
Mal-pul üstündə imiş.

Böyük oyun quranlar,
Ən böyük şahlar imiş.
Rüşvətxorum yeksəsi,
Elə padşahlar imiş.

Şeytan deyilən məxluq,
Məmurun əslı imiş,
Rüşvətxorum hamısı,
İblisin nəsli imiş.

Namusdan çox söz salan,
Ən pis iş görən imiş,
Kişilikdən bəhs edən,
Özü iş verən imiş.

Cəllad imiş OMON-çu,
Qudurub Rus ayısı,
Kiçik xalqlar nə etsin,
Çinmiş farsın dayısı.

Hər dələduz bir Şeyix,
İblislər keşiş olub,
Qaraxan nə eyləsin,
Dünya belə qurulub.

Oxşar xəbərlər