
Bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir?
İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir.
Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir. Bu, yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları/addımları gözləniləndir”, - ekspert vurğulayıb.