ABŞ-yə köçən aparıcı: Dözə bilmirəm artıq

ABŞ-yə köçən aparıcı: Dözə bilmirəm artıq Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova oradakı həyatından bəhs edib.

Azxeber.com xəbər verir ki, aparıcı ABŞ-də sevmədiyi halı izləyiciləri ilə bölüşüb. O, yanacaqdoldurma məntəqəsində özünün maşına benzin vurması halını bəyənmədiyini vurğulayıb.

"Amerikada hər şeydən xoşum gəlir. Bir şeydən başqa: benzini özün vurmalısan", deyə o bildirib.

Hüsniyə daha sonra zarafatla "Bitdi, qayıdıram Masazıra. Bu ağır mühacir həyatına artıq dözə bilmirəm" sözlərini əlavə edib.

Oxşar xəbərlər