Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?

Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
[img]http://xeberdar.az/uploads/posts/2025-05/1747202733_c61f3417Həftəsonu Avropa Siyasi Birliyinin altıncı sammiti keçiriləcək; ekspert: “Azərbaycan Fransanın təşkilatçılığı ilə keçiriləcək heç bir tədbirdə iştirakda maraqlı deyil”
Mayın 16-da Albaniyada Avropa Siyasi Birliyinin (ASB) altıncı sammiti keçiriləcək. ASB 2022-ci ildə siyasi və strateji diskussiyalar üçün təsis edilmiş hökumətlərarası təşkilatdır. Layihənin məqsədi bütün Avropa ölkələrinin siyasətlərinin əlaqələndirilməsi platformasını yaratmaq və qitədə təhlükəsizlik, sabitlik və Avropanın inkişafı, xüsusən ötən ilin ortalarında Ukraynada müharibə ilə əlaqədar başlayan dərin enerji böhranından sonra vəziyyətin müzakirəsi üzrə ümumi maraq doğuran məsələlərdə siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Aİ-nin üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir.

Haqqın.az xəbər verir ki, ASB-nin altıncı sammiti Tiranada “Yeni dünyada yeni Avropa: birlik - əməkdaşlıq - birgə fəaliyyət” devizi altında keçiriləcək. Liderlər əvvəlcə Avropanın təhlükəsizliyi və gələcəyi ilə bağlı plenar iclasa, daha sonra isə yüksək səviyyəli dəyirmi masaya toplaşacaqlar. Müzakirə olunan mövzular sırasında Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, Avropanın təhlükəsizliyi, demokratik davamlılığı və iqtisadi təhlükəsizlik kimi məsələlər var. Cənubi Qafqaz ölkələrindən hələlik yalnız Gürcüstan iştirakını təsdiqləyib.

Yada salaq ki, ASB formatı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Aİ ölkələri və inteqrasiyaya can atan və ya daha sıx əməkdaşlıqda maraqlı olan dövlətlər arasında dialoq platforması kimi təklif edilib. Azərbaycan əvvəlcə sammitlərdə iştirak etsə də, sonradan marağını itirərək 2024-cü ilin oktyabrında Budapeştdə keçirilən beşinci görüşə qatılmayıb. Həmin vaxt tədbirdə Ermənistan və Gürcüstan iştirak edirdi. İştirakçıların siyahısı Tiranada keçiriləcək sammitin rəsmi saytında hələ dərc olunmayıb, ona görə də Azərbaycanın iştirak edib-etməyəcəyi məlum deyil. Ermənistanın iştirak edəcəyi ehtimalı var, çünki bu, Nikol Paşinyanın prezident Makronla yenidən görüşməsinə imkan verəcək.

Qeyd edək ki, Gürcüstan mayın 7-8-də Polşada keçirilən Aİ Xarici İşlər Nazirlərinin Sammitinə dəvət olunmayıb. İrəvanın Avrointeqrasiya kursunu elan etməsinə baxmayaraq, hətta Ermənistan da dəvətlilər siyahısında deyildi. Makronun yaratdığı liderlər konseyinə Azərbaycana dəvət göndərilməsi mümkündür, amma Fransa lideri ilə orada görüşmək Bakı üçün xoş deyil.

Deputat Azər Badamovun sözlərinə görə, Makron özünü Avropanın ağsaqqalı kimi göstərməyə çalışır: “Mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin altıncı sammitinə hazırlıq işləri gedir. Sammitə dəvət olunan qonaqlar açıqlanır və tədbirin keçirilməsində əvvəlcə Avropanın təhlükəsizliyi və gələcəyi ilə bağlı plenar iclasa, daha sonra isə yüksək masaya toplaşacaqları bildirilir. ASB Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsüdür. Makron bu platformanı yaratmaqla özünü Avropanın ağsaqqalı kimi təqdim etməyə çalışır. Amma onu heç kim ağsaqqal kimi qəbul etmir. Bu baxımdan Avropa Siyasi Birliyinin sammitləri əsas məqsəddən uzaqlaşır və sadəcə bir toplantı görüntüsü yaratmaqla özlərinin ikili standartlı məsələlərini ictimaiyyətə açıqlamaq məqsədi daşıyır. Azərbaycan ASB-nin son keçirilən sammitinə qatılmadı. İndi də hesab edirəm ki, iştirak etməyəcək. Çünki bu sammit Avropada təhlükəsizlikdən daha çox Makronun təşəbbüslərinin irəli sürülməsi ilə özünü göstərib. Həm də sammit çərçivəsində ənənəvi olaraq Makronla Paşinyanın görüşləri baş tutur. Bu da Cənubi Qafqazda sülhün yaranmasına qarşı planlarının müzakirəsi üçün onlara fürsət olduğunu hesab edirəm. Biz nəinki Avropada, bütün dünyada sülhün və ədalətin bərpasının tərəfdarıyıq. Son 5 ildə Azərbaycanın atdığı bütün addımlar da Cənubi Qafqazda uzun illərdən sonra sülh və əməkdaşlığın gəlməsinə yeni fürsət pəncərəsi yaradıb. Amma bəzi qüvvələr sülhdən və təhlükəsizlikdən danışsalar da, özləri öz hərəkətləri ilə dediklərini inkar edir və münaqişələrin dərinləşməsi üçün barıtı artırırlar”.

Siyasi təhlilçi Sona Əliyeva Azərbaycan tərəfin Fransanın təşkilatçılığı ilə keçirilə biləcək heç bir tədbirdə iştirakda maraqlı olmadığını qeyd etdi: “Hazırda Azərbaycanla Fransa arasındakı münasibətlər prezident Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində bərbad vəziyyətdədir. Bu baxımdan, yaxın perspektivdə Bakı ilə Paris arasında istənilən münasibətlərdə müsbət impuls axtarmaq inandırıcı görünmür. Avropa Siyasi Birliyində təmsil olunan ölkələrlə Azərbaycan sıx şəkildə əməkdaşlıq edir. Ticarət dövriyyəsi də çox yaxşıdır. Üstəlik, siyasi müstəvidə də durum ürəkaçandır. Amma Avropa Birliyinin çətiri altında Fransanın təşkilatçılığı ilə baş tutacaq istənilən tədbirdə Azərbaycanın iştirakı real görünmür. Doğrusu, heç Bakı da Parisin təşkilatçılığı altında baş tutan tədbirlərdə iştiraka can atmır. Avropa Siyasi Birliyi yeni dünya düzəninin təzə dizaynı ilə bağlı bir araya toplaşır. Bu məsələdə Azərbaycanın mövqeyi aydındır. Rəsmi Bakı ən yüksək səviyyədə məsələyə dəfələrlə münasibət bildirib. Ölkə başçısı İlham Əliyev yeni dünya düzənində bütün qütblərin durumunu, Azərbaycanın yeni dünya düzənində Türk Birliyi çətiri altında, eləcə də müstəqil formada əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. Azərbaycan həm geosiyasi və geostrateji, həm də iqtisadi baxımdan yeni dünya düzənində aparıcı rol alan ölkələrdəndir. Bu baxımdan, Azərbaycanın varlığını nəzərə almadan heç bir Cənubi Qafqaz ölkəsi yeni dünya düzənində nə görünəcək, nə də hiss olunacaq. Çünki Cənubi Qafqazda əsas tərəf Azərbaycan, asılı tərəflər isə Gürcüstanla Ermənistandır. Doğrudur, Azərbaycan Avropa Siyasi Birliyinin Tirana toplantısına dəvət oluna bilər. Ancaq Bakının bu dəvətə maraqlı olmadığı aydındır. Çünki Bakı ikiüzlü və ikili standartlarla işləyən bütün mexanizmlərdən və təşkilatçılardan uzaq durmağa çalışır. Azərbaycan bütün qütblərlə və təşkilatlarla bərabərtərəfli münasibətlərdə maraqlıdır. Ona görə də bütün qütblərlə məsafəli şəkildə işləyir. Azərbaycan yeni dünya düzəni ilə bağlı əvvəlki təkliflərinin üzərində dayanır. Bakı bildirir ki, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında köklü islahatlar aparılmalıdır. Fransa isə imperialist yanaşmasından əl çəkmədiyi üçün dünyanın ədalət və mizan tərəzisinin "təmiz çəki" perioduna qayıtmasını istəmir. Amma istənilən halda rəsmi Bakının dediyi kimi olacaq. Əks halda, üçüncü dünya savaşı bütün dünyanı silkələyəcək".b5724a581f6f1c306ed2ae54.png[/img]

Oxşar xəbərlər