
Bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytı məlumat yayıb.
"Ukraynadakı vəziyyətə gəlincə, liderlər dayanıqlı sülh danışıqlarına imkan yaratmaq üçün Rusiyanın 30 günlük atəşkəslə razılaşmasının vacibliyini müzakirə ediblər. Ukrayna sübut edib ki, danışıqlar masası arxasına əyləşməyə hazırdır və sülh tərəfdarıdır", - bəyanatda deyilir.
Məlum olduğu kimi, Rusiya ABŞ-nin təklif etdiyi və Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən imtina edib.