"Veriliş bağlansa da, vecimə olmaz" - Rəşad Dağlıya görə xəbərdarlıq edilmişdi - FOTO

Məlum olduğu kimi, bir neçə gün əvvəl "Space TV"nin efirində həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsinə görə, Audiovizual Şura qanunvercilik çərçivəsində kanala rəsmi məktubla xəbərdarlıq edib.

xəbərdarlıqdan sonra “Tarixin bir günü” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) paylaşımı ilə diqqət çəkib.

O, verilişdə R.Dağlının övladları ilə çəkdirdiyi fotonu paylaşaraq peşman olmadığını bildirib.

“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairlərə görə bağlansın”, - deyə aparıcı yazıb.

Qeyd edək ki, Rəşad Əmirov ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi bıçaqlayaraq öldürüb. O, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Veriliş bağlansa da, vecimə olmaz" - Rəşad Dağlıya görə xəbərdarlıq edilmişdi - FOTO

Oxşar xəbərlər