Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi

Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi Azərbaycanla Somali arasında müdafiə sahəsi üzrə əməkdaşlıq sazişi təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Oxşar xəbərlər