Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ

Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ Rusiya hakimiyyəti Ukraynanın Mariupol şəhərində minlərlə evi əvvəlki sakinlərindən alaraq müsadirə edir. Bu evlər əsasən müharibə zamanı şəhəri tərk etmiş və ya həlak olmuş ukraynalılara məxsusdur.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

2024-cü ilin iyul ayından bəri Rusiya tərəfindən şəhərə nəzarət edən yerli idarə qurumları tərəfindən dərc edilən sənədlər araşdırılıb. Bu sənədlərə əsasən, ən azı 5.700 ev müsadirə olunmaq üçün siyahıya salınıb.

Evlərini qorumaq istəyən ukraynalılar isə Mariupola geri dönmək üçün əvvəlcə Rusiyadan keçməli, sənəd işlərini tamamlamalı və Rusiya pasportu almağa məcburdurlar. Bu evlərin çoxu, 2022-ci ildə Mariupolun 86 gün davam edən mühasirəsi zamanı şəhəri tərk edən və ya həyatını itirən insanlara məxsus olub.

Human Rights Watch təşkilatı bildirir ki, həmin dövrdə 8000-dən çox insan ölüb, amma bu rəqəmin əslində daha yüksək ola biləcəyi vurğulanır.

Araşdırmaya görə, bu addımlar Mariupolu “ruslaşdırmaq” üçün aparılan geniş planın bir hissəsidir. Bu plan çərçivəsində şəhərdə yeni hərbi obyektlər tikilir, küçələrə rus adları verilir və şəhərin ümumi görünüşü dəyişdirilir.

Məlumatına görə, mühasirə nəticəsində şəhərdəki 443 çoxmərtəbəli binanın 93%-i ya dağılıb, ya da ciddi zərər görüb. Rusiya 70-dən çox yeni bina tikdiyini desə də, sakinlər hələ də mənzil çatışmazlığı yaşandığını bildirirlər.

Aprelin 16-da axşam saatlarında Rusiya qoşunları Dnepr şəhərinə pilotsuz təyyarə ilə hücum edib.

Teleqraf "Unian.net"ə istinadən xəbər verir ki, hücum nəticəsində az iki nəfər ölüb, 28 nəfər yaralanıb.

Dnepropetrovsk Vilayət Administrasiyasının sədri Sergey Lısak bildirib ki, yaralananlardan dördü uşaqdır.

"Ən azı 15 evə ziyan dəyib. Onların arasında tələbə yataqxanaları, təhsil müəssisələri və qida emalı zavodları da var", - məlumatda bildirilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Oxşar xəbərlər