Avtomobilə basqın edib 200 min dollar apardılar - Fotolar

Avtomobilə basqın edib 200 min dollar apardılar - Fotolar Şəmkirdə quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Şəmkir RPŞ-yə “Mercedes” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrapıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Avtomobilə basqın edib 200 min dollar apardılar - FotolarAvtomobilə basqın edib 200 min dollar apardılar - FotolarAvtomobilə basqın edib 200 min dollar apardılar - Fotolar

Oxşar xəbərlər