Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI

Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI Fələstin Milli Administrasiyasının (PNA) lideri Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı radikal Həmas qruplaşmasını Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb.

məlumatı FƏTH-in Qəzza zolağı üzrə sözçüsü Munter Hayek WAFA xəbər agentliyinə açıqlayıb.

Hayek vurğulayıb ki, HƏMAS-ın mövcudluğu Fələstin xalqının öz hüquqları uğrunda mübarizəsi üçün təhlükəli hala gəlib və hərəkat öz mövqeyini yenidən nəzərdən keçirməli, Qəzza zolağında eşidilən bütün səsləri dinləməlidir: "Biz HƏMAS-ı PNA və Fələstin Azadlıq Təşkilatına öz vəzifələrini yerinə yetirmək üçün Qəzza zolağında hökumət səhnəsindən çəkilərək xalqımızın səsinə qulaq asmağa çağırırıq".

Xatırladaq ki, Qəzza zolağı 1967-ci ildə Altı Günlük Müharibədən sonra İsrailin nəzarətinə keçib və bundan sonra İsrail orada məskən salmağa başlayıb. 2005-ci ildə birtərəfli ayrılma planının bir hissəsi olaraq İsrail öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarıb və oradakı bütün yəhudi yaşayış məntəqələrini boşaldıb. Bunun ardınca Qəzza zolağına nəzarət İordan çayının qərb sahilini də idarə edən Abbasın rəhbərlik etdiyi PNA-ya verilib. Ancaq Fələstin parlamentinə keçirilən ilk seçkilərdə radikal HƏMAS hərəkatının nümayəndələri daha mötədil FƏTH təşkilatı ilə qarşıdurmaya girərək qalib gəldi və bu, fraksiyalar arasında parçalanmaya səbəb oldu. Radikallar Qəzza zolağına tam və tək nəzarəti bərqərar ediblər.

Oxşar xəbərlər