Əməliyyatdakı məclisə görə həkimdən açıqlama: "Mən deyiləm"

Əməliyyatdakı məclisə görə həkimdən açıqlama: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Ləman Əliyeva əməliyyat otağında ad günü qeyd edilməsinə dair yayılan görüntülərlə bağlı açıqlama yayıb.

Həkim videoda görünən şəxsin o olmadığını bildirib:

"Dünən mənim həmkarım, adaşım əməliyyatxanadan öz ad günü ilə əlaqəli video paylaşıb. Bəzi səhifələr o videoya mənim fotomu əlavə ediblər. O həkim mən olmamışam, baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur" - ginekoloq söyləyib.

Qeyd edək ki, ötən gün Azərbaycanda həkim əməliyyat zamanı doğum gününün qeyd edilməsini əks etdirən görüntülər paylaşıb.
Əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat oraya əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Yayılan görüntülər cəmiyyətdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri tibb işçilərinin gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atdığını yazıblar.

Videonu paylaşan həkimin "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva olduğu üzə çıxıb.

Artıq faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb.

"Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilib.

Əməliyyatdakı məclisə görə həkimdən açıqlama: "Mən deyiləm"Əməliyyatdakı məclisə görə həkimdən açıqlama: "Mən deyiləm"

Oxşar xəbərlər