Şərəfli vəzifəyə yiyələnən Tahir Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Tahir Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Tahir Xəlilov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Tahir Xəlilov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Tahir Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır. Tahir Xəlilov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Tahir Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Tahir Xəlilov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tahir Xəlilov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Tahir Xəlilov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Tahir Xəlilovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Ona etibar edilən bütün işlərdə Tahir Xəlilov özünü doğruldub. Bizdə hörmətli Tahir Xəlilovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov - Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, o dövrdə baş verən hadisələr, ölkədə yaramış xaos bu müstəqilliyə ciddi şəkildə maneə törədir, tüğyan edən proseslər, hakimiyyət davaları gənc respublikanı məhvə aparırdı. Belə bir dönəmdə bir qrup ziyalı yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə görkəmli siyasi xadim, daim Azərbaycanın inkişafı üçün var qüvvəsini və bacarığını sərf edən, öz fəaliyyətində xalqın istəklərini, azərbaycançılıq məfkurəsini rəhbər tutan Ulu Öndər Heydər Əliyevə müraciət etdi.
Şərəfli vəzifəyə yiyələnən Tahir Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır

21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi o dövrdən etibarən müstəqil ölkəmizin demokratik siyasi mədəniyyətinin inkişafında yeni səhifəni açmış oldu. 1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının Sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə YAP-ın həyatında yeni dövrün başlanğıcının təməli qoyuldu, partiya ölkəmizin siyasi həyatında mühüm rol oynayan aparıcı qüvvəyə çevrildi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş islahatlar ölkədə sabitliyin təmin edilməsinə, iqtisadiyyatın sürətli inkişafına, enerji sektorunda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsinə təkan vermiş, qısa zaman kəsiyində Azərbaycanın beynəlxalq arenada nüfuzu artmış, enerji təhlükəsizliyi və strateji layihələrdə əhəmiyyətli tərəfdaş kimi mövqeyi güclənmişdir. Bu tərəqqinin məntiqi nəticəsi olaraq Azərbaycan xalqının öz Liderinə sarsılmaz inamı yaranmış, ölkəmizin əmin əllərdə olduğu təsdiqlənmiş, dövlətimizin yenilməzliyi sübuta yetirilmişdir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən və bu irsi daha da zənginləşdirərək yeni çağırışlara uyğunlaşdıran cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilmişdir. Gələcəyə doğru inamla və ilhamla irəliləyən, 730 mindən çox üzvü ətrafında cəmləşdirən Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində müvafiq addımlar atır, bu inkişaf özünü hər bir sahədə təsdiqləyir. YAP ölkəmizin gələcək uğurları, əhalinin rifahı üçün strateji hədəflər müəyyən edərək modernləşmə və davamlı inkişaf yolunda fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”. Sözün əsl mənasında, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 32 illik inkişafın nəticəsidir ki, Azərbaycan xalqı bu siyasi fəaliyyəti dəstəkləyir, öz Liderinə, Müzəffər Ali Baş Komandanına güvəni sonsuzdur. 2003-cü ildə Prezident seçilərkən doğma xalqına verdiyi vədlərin hər birini ardıcıl olaraq yerinə yetirən, xalqının 30 illik həsrətinə son qoyaraq 44 günlük Vətən müharibəsində və cəmi 23 saat 43 dəqiqə çəkmiş antiterror əməliyyatlarında düşməni həm hərbi cəbhədə, həm də diplomatik cəbhədə məğlub edən, dövlət başçısı olaraq fəaliyyətinin 20-ci ildönümündə üçrəngli Dövlət Bayrağımızı Xankəndidə qaldıraraq bu şərəfli missiyanı uğurla tamamlayan cənab İlham Əliyevin yüksək səviyyəli liderlik bacarığı nəticəsində ölkəmiz dünyada misli görünməmiş tarixi, siyasi və hərbi Zəfərə imza atdı. Azərbaycanda xalq-ordu-iqtidar birliyinin əzəməti və sarsılmazlığı sübuta yetirildi.
Şərəfli vəzifəyə yiyələnən Tahir Xəlilov bu işin müqəddəsliyini qoruyub saxlayır


Hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq bərpa işləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunması, uzun illər ərzində öz doğma yurd yuvalarından qaçqın düşmüş sakinlərimizin həmin ərazilərdə məskunlaşdırılması, onların rahat həyat şəraitinin təmin edilməsi məqsədi ilə bütün imkanların səfərbər edilməsi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir. Bu gün Azərbaycanın nəinki regionda, dünyada güclü və nüfuzlu dövlət kimi tanınmasını şərtləndirən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti beynəlxaq aləmin diqqətini ölkəmizə yönəldir, dövlətimizi dünyada söz sahibi edir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) uğurla ev sahibliyi edir. COP29-un ilk günündə 96 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçının olması, onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlərin iştirakı Azərbaycanın dayanıqlı inkişaf və ərtaf mühitin qorunması sahəsində göstərdiyi səylərə beynəlxalq ictimaiyyətin inam və güvəninin real sübutudur. Eyni zamanda, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində öz təcrübəsini paylaşmaq, regional liderliyini nümayiş etdirmək, beynəlxalq tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün real imkandır. Məhz bu amillər bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, yeni zəfərlərə imza atacaqdır.

Oxşar xəbərlər