Ərdoğandan İrəvana xəbərdarlıq

Ərdoğandan İrəvana  xəbərdarlıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İrəvan münasibətlərin qurulmasındakı şansları düzgün qiymətləndirməlidir.

O bunu Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdə deyib.

“Ermənistanın işğal etdiyi Azərbaycanın torpaqlarının azad edilməsinin məntiqi nəticəsi olaraq Ankara İrəvanla münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Atılan addımların gözlənilən nəticəni verməsi üçün Ermənistan vəziyyəti dəyərləndirib, ona verilən şansdan düzgün istifadə edib bölgədə uzunmüddətli sülh istiqamətində addımlar atmalıdır”, - Ərdoğan bəyan edib.

Oxşar xəbərlər