Ötən gündən yağan aramsız yağışlar paytaxt küçələrində piyadaların və sürücülərin hərəkətini xeyli çətinləşdirib.
Xüsusilə də tunel olan ərazilərə suyun dolması nəticəsində avtomobillər suda batıb.
"Sabunçu keçidi" deyilən yerdə suda qalan nəqliyyat vasitəsinin sürücüsü tuneldən üzərək çıxıb.
Neftçilər metrostansiyasına yaxın ərazilərdə isə yolları su basması piyadalara maneə yaradıb.
Anoloji vəziyyət Əhməd Rəcəbli küçəsində, Binəqədi rayonunun bir sıra ərazilərində və digər yerlərdə də müşahidə olunub.
Bakı yollarında saatlarla davam edən tıxac yaranıb.
Bundan əlavə, Əhmədli və Mərdəkanda, Yasamal və digər ərazilərdə işıqların bir neçə saatdır yanmadığı bildirilir.