Hədə-qorxu ilə 52 milyon almaqda ittiham edilən vəkillərə hökm oxundu

Hədə-qorxu ilə 52 milyon almaqda ittiham edilən vəkillərə hökm oxundu Rusiyada hədə qorxu yolu ilə 3 milyard rubl (52 milyon manat) tələb edən 5 vəkilə hökm oxunub.

Bu barədə Moskvada Pokrovski Rayon Məhkəməsi hökm çıxarıb.

Hökmə əsasən, Vladislav Brajnikov, Aleksandr Voynaloviç, Aleksandr Qlazyrin, Genrix Xaçaturov və Gennadi Rodionov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi (“Xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə”) və Cinayət Məcəlləsinin 309-cu maddəsinin 4-cü hissəsi ("Xüsusən külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə") ilə təqsirli biliniblər.

Vladislav Brajnikov 13 il, Aleksandr Voynaloviç 11 il, Aleksandr Qlazyrin 10il 5 ay, Genrix Xaçaturov 8 il 5 ay və Gennadi Rodionov isə 8 il 5 ay azadlıqdan məhrum edilib.

Məhkəmə 2019-cu ildə təqsirləndirilən şəxslərin Krasnoyarsk diyarında və Rostov vilayətində kənd təsərrüfatı müəssisələrindən əmlakın qəsb edilməsi ilə məşğul olmaq üçün mütəşəkkil qrup yaratdıqları sübuta yetirilib.(Teleqraf.com)

Oxşar xəbərlər