
PUA hücumu zamanı Moskva vilayətinin Ramenskoye şəhərində çoxmərtəbəli binada yanğın baş verib. Nəticədə 102 mənzilli binanın 54 mənzilinə ziyan dəyib. Onlaırn bir çoxu dağılıb və ya yanıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov gecə saatlarındaca hadisə yerinə gəlməli olub.
Jukov hava limanına düşən PUA nəticəsində yanğın baş verib.
Verilən xəbərə görə, hücum zamanı 46 yaşlı qadın ölüb.
Qeyd edək ki, RF Müdafiə Nazirliyi gecə saatlaırnda Ukrayna tərəfinin 144 PUA-sını zərərsizləşdirib. Onlardan 20-si Moskva üzərində zərərsizləşdirilib.