Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var. XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq. O, İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib: “Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında sülh sazişinin 17 bənddən ibarət olduğunu bildirmişdi. Paşinyanın sözlərinə görə, preambula daxil olmaqla bəndlərin 13-ü razılaşdırılıb. Daha üç bənd birdən çox cümlədən ibarətdir və əksəriyyətinin lüğət tərkibi barədə razılıq əldə olunub. Paşinyan sözügedən 13 maddənin mahiyyətini açıqlamaqdan imtina edib: “Bu, məxfi sənəddir və o maddələrin sahibi təkcə biz deyilik”. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh layihəsi "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanır. Bu arada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Astananın Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Dövlət başçısı İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, bu məsələdə Ermənistanın "sülhpərvər" imic yaratmaq təşəbbüsü aydın görünür. Alim vurğulayıb ki, Ermənistan elə təəssürat yaratmağa çalışır ki, guya İrəvan konstruktiv siyasət izləməkdədir:
"Guya Ermənistan sülhü təsis etmək istəyir, amma Azərbaycan prosesi gecikdirir. Digər yandan Ermənistanın arxasındakı qüvvələrin bölgə ilə bağlı hesabları var. Onlar Ermənistanı silahlandıraraq, İrəvanı nəyəsə həvəsləndirməyə can atırlar. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, tərəflər sülh sazişinə yaxındır. Amma yaxın olmaq hələ mütləq nəticə əldə olunması demək deyil. Cənab Prezident ən sonuncu çıxışında vurğuladı ki, sülh sazişini imzalamaq üçün çox əlverişli münbit şəraitin olduğunu qeyd etmişdi. Ancaq Ermənistan tərəfinin bildirdiyi və hələlik razılıq olmadığı deyilən 3-4 maddənin nədən ibarət olduğu bəlli deyil. Onların bizim prinsipial maddələrimiz olub-olmadığı barədə məlumata sahib deyilik. Məsələn, sülhün çərçivə sazişi imzalansa belə, İrəvan üzərinə öhdəlik götürməlidir ki, konstitusiyasında və qanunverici aktlarında Azərbaycan və Türkiyə ilə bağlı ərazi iddialarını ehtiva edən maddələri aradan qaldıracaq. Yaxud Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan hələlik konstruktiv mövqe sərgiləmir. Bakı sülh sazişi imzalandıqdan sonra və ya ona paralel olaraq Minsk qrupunun ləğvi il bağlı müraciəti də şərt qoşur".
Həmsöhbətimiz vurğulayıb ki, ümumən regiona yeni şərait yaranıb və bunu böyük ölçüdə yaradan Azərbaycandır. Rəsmi Bakı müharibədən sonra İrəvanı sülhə məcburetmə siyasəti yürüdür: "Nəzərə alaq ki, Ermənistan könüllü şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımadı, Qarabağın bizə məxsus olması faktını istəyərək qəbul etmədi, bütün bunlar Azərbaycanın həyata keçirdiyi proses nəticəsində mümkün olub. Ermənistanın arxasındakı qüvvələr də bölgədə varlıqlarını yeni şəraitdə qorumaq, artan Azərbaycan-Türkiyə münasibətini nizamlamaq üçün İrəvanı fərqli addımlara sövq etdilər. Lakin Azərbaycanın qlobal anlamda yüksələn gücü yeni vəziyyət ortaya çıxartdı. Bütün parametrlər üzrə dəyərləndirmə aparsaq, Ermənistan Azərbaycanla yarışacaq gücdə deyil. O baxımdan İrəvan gec-tez sülh sazişini imzalamaq məcburiyyətindədir. Bunun alternativi böyük eskalasiya, müharibə və Ermənistanın fəlakətlə üzləşməsi deməkdir. Prinsipial məsələlərdən biri də sülh sazişi ilə bərabər bütün kommunikasiyaların, Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Şərq-Qərb ticarəti, regional proseslər, iqtisadi maraqlar, türk dünyasının əlaqələri baxımından çox önəmlidir. Əgər İrəvan konstruktiv mövqe sərgiləyərsə, bölgədə sülh və əməkdaşlıq mühitinin gəlməsinə şahidlik edərik".