Zamin Abbasov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir

Zamin Abbasov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zamin Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zamin Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Zamin Abbasov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Ölkəmiz inkişaf etdikcə əhalinin rifah halı da yaxşılaşır. İnsanlar rahat və müasir avtomobillər alır, bütün sahələr üzrə istifadə olunan maşınların sayı artır. Avtomobillərin rahat işləməsi və uzun müddət istismar olunması isə yolların abadlığından asılıdır. Yolların abad olması üçünsə, müasir asfalt-beton zavodları istifadəyə verilməli, keyfiyyətli məhsul istehsal olunmalıdır.

Zamin Abbasovun müdiri olduğu Beyləqan rayonu Mil qəsəbəsində yerləşən “Yol İnşaat Servis” MMC- asfalt-beton zavodu kompleksi də müasir tələblər səviyyəsində qurulmuşdur. Beyləqan ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt-beton istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyən asfalt-beton zavodu yol tikintisinə böyük təkan verir.

Zavodun laboratoriyasında qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların - bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunur.

Zamin Abbasov “Yol İnşaat Servis” MMC- asfalt-beton zavodunda Beyləqanda olan işsiz sakinlərə öz biznesində işlə təmin edərək hər cür dəstəyi göstərir.Sahibkar təkcə öz mənfəəti üçün deyil, həm də biznesi ilə digər insanlar üçün faydalı ola bilirsə, bu zaman o, işində uğur qazanacaqdır.Ona görə də Zamin Abbasov hər bir işində hər zaman uğur qazanıb.

Doğulduğu, boya-başa çatdığı ana yurduna, Beyləqana sadiq qalan, həmyerlilərinin dar günündə hər zaman yanında olan Zamin Abbasov uşaqdan-böyüyə bütün sakinlər tərəfindən sevilir, seçilir.
Ehtiyac sahibi olan insanlar kateqoriyasına, ilk növbədə məhdud hərəkət qabiliyyəti olanlar, çoxsaylı uşağı olan ailələr, yaşlılar və fiziki qüsurlu övladı olan ailələr aid olub. Yardımı alan ailələr isə öz təəssüratlarını bölüşüblər və Zamin Abbasova öz minnətdarlıqlarını bildiriblər.

Zamin Abbasov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Onun həyat səlnaməsinə nəzər salanda görürük ki, Zamin müəllim hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . Zamin Abbasov hər zaman bir biznesmen, sahibkar, rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdular . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə sahibkarlarla qürur duymuşuq , fəxr etmişik.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Zamin Abbasov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Oxşar xəbərlər

" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
  • Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar
  • j j
  • d d
  • d d
  • i i
  • d d
  • l l
  • Ağdam təhsili inkişaf yolunda Ağdam təhsili inkişaf yolunda
  • d d
  • Süleyman Kərimov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə s ... Süleyman Kərimov özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə s ...
  • Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz  ... Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz ...