![Bakıda 20 yaşlı qadın öldürüldü: Qardaşı könüllü təslim oldu](https://olke.az/photo/770x415/2024/07/01/1719810841_687b77e5-6d3e-3e06-81ed-2c281af1f253_850.jpg)
Bu barədə Binəqədi Rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.