
Bu barədə "Caliber" analitik "YouTube" layihəsinin növbəti buraxılışında bəhs edilir.
"Əgər Hindistandan 155 mm-lik "MArG" özüyeriyən haubitsaların və "Pinaka" yaylım atəşi reaktiv sistemlərinin alınmasını Cənubi Asiya satıcısının kommersiya maraqları ilə izah etmək olardısa, Fransanın yeganə məqsədi çətin ki, yalnız xəzinəsini doldurmaq olsun. Aydındır ki, Fransa bir az fərqli motivlər güdür. Makron Fransası tərəfindən xalqımızın cəlb edildiyi soyuq müharibə (üstəlik də səbəbsiz, bizim tərəfimizdən heç bir təxribat olmadan) haqqında az danışmamışıq və hələ çox danışacağıq.
Amma Fransa uzaqda yerləşir, Ermənistanla Azərbaycan isə qonşudurlar və həmişə də belə qalacaqlar, bir-birindən heç bir yerə uzaqlaşmayacaqlar.
Ona görə də, uzaq Parisə yox, daha çox İrəvanın indiki siyasi rəhbərliyinə ünvanlanan suallar ortaya çıxır. Siz nə barədə düşünürsünüz, qonşular? Ağlınızda nə var? Bu mənasız yarış nəyə lazımdır, hansı ki, apriori geridə qalacaqsınız. Bizimlə yenidən döyüşmək, işğal etdiyiniz və son müharibə zamanı itirdiyiniz əraziləri geri almağa hazırlaşırsınız, yoxsa necə? Siz nə istəyirsiniz?", - deyə materialda bildirilir.
Daha ətraflı videosüjetdə: