
Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxslərin apellyasiya şikayəti qismən təmin olunub.
Gəncə Şəhər Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hissəsində dəyişdirilib. Belə ki, Rauf Əhmədov təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və məhkəmə zalında həbs olunub.
İttihama görə, Rauf Əhmədov "Qarabağ əlilləri və veteranları" İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri vəzifəsində işləyərkən 2021-ci ildə Birinci və İkinci Qarabağ müharibəsinin bir neçə iştirakçısına qarşı dələduzluq edib. O, həmin şəxslərin 14 500 manat pulunu dələduzluq yolu ilə keçirib.