“Heydər Əliyev və dünya ədəbiyyatı” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və dünya ədəbiyyatı” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzi və Xarici ölkələr ədəbiyyatı kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və dünya ədəbiyyatı” esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasimdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee fəxri qonaq olub.

Tədbiri açıq elan edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dos. Jalə Qəribova qonağı tədbir iştirakçılarına təqdim edib.

Səfir Pakistan-Azərbaycan siyasi, ictimai, mədəni əlaqələri haqqında çıxış edib.

Xarici ölkələr ədəbiyyatı kafedrasını müdiri, prof. Aynur Sabitova Ulu Öndərin incəsənətin bütün sahələrinə, xüsusən də, ədəbiyyata olan marağı və sevgisi haqqında danışıb, bu mövzuda təşkil olunmuş esse müsabiqəsinə tələbələrin marağını xüsusi qeyd edib. Prof. Aynur Sabitova müsabiqənin yekunu haqqında məlumat verərək 50-yə yaxın tələbənin esse yazdığını və iştirak edənlərin daha çox Filologiya fakültəsindən olduğunu vurğulayıb. Həmçinin, o diplomat Bilal Hayeenin Azərbaycanda səmərəli fəaliyyəti haqqında məlumat verərək, 2021-ci ilin iyul ayında Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olmasını və bu müddət ərzində fəaliyyətini son dərəcə yüksək qiymətləndirdiyini qeyd edib: “Cənab səfir, sizin ölkəmizdə diplomatik missiyasınız başa çatmışdır. Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Bugün biz Pakistan Mədəniyyət Mərkəzi ilə çox gözəl esse müsabiqəsi gerçəkləşdirdik. Bu müsabiqənin təşkilinə görə Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athara və kafedra ilə sıx əməkdaşlığa görə köməkçiniz Vüsal Hümbətzadəyə dərin təşəkkürümüzü bildiririk."

Müsabiqə üzrə təşkil olunmuş komissiyanın üzvü, kafedranın dosenti Ülviyyə Əliyeva “Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatın rolu”, “Qərb dramaturgiyası və Azərbaycan teatrı” və “Müstəqillik dövründə Dünya ədəbiyyatı nümunələrinin tərcüməsi” mövzuları üzrə istiqamətlənmiş müsabiqənin gedişatı, esselərin seçilməsi şərtləri, qaliblərin müəyyənləşməsi haqqında çıxış edib.

Azərbaycan, rus, ingilis dilləri üzrə qəbul olunmuş esselər arasında 6 iş xüsusi seçilib və qaliblər siyahısına daxil edilib.

1-ci yerin qalibi Filologiya fakültəsinin tələbəsi Peyman Ağazadə 1-ci dərəcəli sertifikat və hədiyyə ilə, 2-ci yerin qalibləri Filologiya fakültəsinin tələbələri- Səidə Allahyarova və Sabrina İbrahimova 2-ci dərəcəli sertifikat və hədiyyələr ilə, 3-cü yerin qalibləri- Təhsil-2 fakültəsinin tələbəsi Nəzrin Kərimova, Filologiya fakültəsinin tələbələri- Diana Güliyeva və Samir Nəsirov 3-cü dərəcəli sertifikat və hədiyyələr ilə mükafatlandırılıblar.

Eləcə də, esse müsabiqəsində iştirak edən bütün tələbələr xüsusi sertifikatlarla təltif ediliblər.

Birinci və ikinci yerin qalibləri- Peyman Ağazadə və Səidə Allahyarova öz esseləri haqqında Azərbaycan və ingilis dillərində çıxış ediblər.

Sonda, Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə tələbələrin cəlb olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və bu kimi tədbirlərin gələcəkdə davam etdirilməsini təklif edib.

Oxşar xəbərlər