
Politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Lui Bono Cənubi Qafqaz danışıqları üzrə müşavir vəzifəsində fəaliyyətə başlayandan bəri Azərbaycan və Ermənistana tez-tez səfərlər edir:
"Lui Bononun bu dəfəki səfərində Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının görüşünün nəticələri müzakirə ediləcək. Çünki o iclasda Ermənistan tərəfinin əsas iştirakçısı Mqer Qriqoryan iştirak olub. Biz bilirik ki, Azərbaycan ABŞ-nin moderatorluq etdiyi heç bir görüşdən boyun qaçırmayıb. Ancaq burdakı əsas məsələ ABŞ-nin moderatorluğu yox, Ermənistanın sülh məsələsində nə qədər səmimi olacağıdır. Çünki Ermənistan Azərbaycanla təmaslarında nə qədər dürüst və səmimi olsa, Azərbaycanla münasibətlərində bir o qədər irəliləyiş olacaq. Hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasında formatlardan çox dövlətlərin mövqeləri və prinsipləri daha vacibdir".