
Publika.az xəbər verir ki, “Ermənistan” fraksiyasi Azərbaycanla sərhədlərin müəyyən edilməsi haqqında bəyanat layihəsi hazırlayıb.
Bəyanatda delimitasiya-demarkasiya prosesinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, etimad mühitinin yaranmasından sonra aparılması təklif edilir. Bildirilir ki, Azərbaycan qoşunları sərhəddə irəlilədiyi mövqelərdən geri çəkilməli, Bakıda həbsdə olan ermənilər (separatçılar) geri qaytarılmaldır. Həmçinin, demarkasiyanın 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə daxil olanda mövcud olan faktiki xətlərə uyğun aparılmasını istəyirlər.
Ermənistan parlamenti isə bu bəyanat layihəsini gündəliyə daxil etməyib.