Almaniya iş adamlarının ölkəmizə səfirinin əsas məqsədlərindən biri Azərbaycan inkişafına inamının nəticəsidir

Almaniya iş adamlarının ölkəmizə səfirinin əsas məqsədlərindən biri Azərbaycan inkişafına inamının nəticəsidir
Ölkəmizin Prezidenti İlham Əliyev cənabları Almaniya Fedorativ Respublikası İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında stabil iqtisadi partnyorluqla yanaşı siyasi tərəfdaşlığın təməlinin möhkəmliyinin nəticəsi olduğunu vurğulayıb. Bu mühim görüşdə iştirak edən Almaniya iqtisadiyyatının aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycanda gedən dinamik inkişafa, ölkəmizin prezidenti İlham Əliyevin dünya siyasətçilərinin arasındakı nüfuzuna inamında irəli gəldiyi vurğulanıb
Görüşdə iştirak edən Almaniya Fedarativ Respublikasının səfiri Ralf Horlemanın nümayəndə heyəti adından İlham Əliyev cənablarına minnətdarlığını bildirib. Avropa və dünyanın ən nüfuzlu ölkələrindən olan Almaniya Federativ Respublikasının, Azərbaycan Respublikası və onun prezidentinin siyasi kursunu dəstəklədiyini qeyd edib. Almaniya iş adamlarının ölkəmizə səfirinin əsas məqsədlərindən biri Azərbaycan inkişafına inamının nəticəsidir.
Almaniya iş adamlarından ibarət nüfuzlu heyətin ölkəmizə səfərini qiymətləndirən cənab İlham Əliyev ölkəmizin arasındakı əlaqələrin möhkəmliyinə nümunə olduğunu qeyd etdi.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəb
Müəllim Mahmudova Firuzə

Oxşar xəbərlər