
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı Kamil Zeynallının saxlanılmasından yazıb.
Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və Qarabağda erməni qocanın boğazını kəsib.
“Üstəlik, o, videoda sevincək şəkildə gülürdü. Daha sonra həmin görüntülər Teleqram kanallarında yayıldı”, - xəbərdə iddia olunur.
Erməni nəşri Kamil Zeynallını ittiham etdikləri həmin görüntüləri də yayıb.
Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.
