İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gəlir

İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gəlir
Hamımıza bəllidir ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Bunun sayəsində gənclərimiz Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsində buna şahid olduq ki, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə gözlərini qırpmadan gedirdilər. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırıb. Bakı müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Bu reallıqdır ki, qalib tərəf kimi Azərbaycan Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini davam etdirir. Sülhə mane olanlar, Azərbaycanı yenidən mühari-bəyə sürükləmək istəyənlər bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünü və süverenliyini müdafiə etməyə qadir dövlət¬dir!
Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycana əzələ nümayiş etdirmək də əbəsdir! Bədxahlarımızın hansısa məkrli planlarına və ya ermənilərin xa¬ricdən “idxal etdikləri” ssenarilərinə bax¬mayaraq, Azərbaycan öz haqq yolunu davam etdirməkdədir. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmiz bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi və beləliklə, müharibə 2020-ci il noyabrın 10-da, Azərbaycan, Ermənistan və Rusiyanın Üçtərəfli Bəyanat imzalaması ilə başa çatdı. Azərbaycan xalqı istədiyi sülhə nail oldu. Dövlət başçımızın dediyi kimi, biz qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq: "Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik.
İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gəlir, Talış və Suqovuşan kəndlərinə, Şuşa şəhərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Azərbaycan dövlətinin gündəliyində dayanan mühüm məsələlər sırasında yer alıb. Bu, ölkəmizin sosial dövlət fəlsəfəsi ilə bağlıdır. Respublikamızda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bütövlükdə, müvafiq kateqoriyadan olan 1 milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının iki mərhələsini fərqləndirə bilərik - 2020-ci ildə baş verən 44 günlük müharibəyə qədərki və tarixi Zəfərimizlə başa çatan müharibədən sonrakı mərhələlər. Hər iki mərhələdə qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti çətin məqamlarda mütləq öz vətəndaşlarının yanında olur və onlara öz dəstəyini göstərir
Bütün bunlar Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən olduğunu bir daha təsdiqlədi dövlətimizin başçısı dediyi kimi - “Qarabağ Azərbaycandır!”

Maştağa qəsəbəsi, 187 N-li tam orta məktəbin
informatika laborantı Firuzə İsmayılova

Oxşar xəbərlər