
Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
"Bildirim ki, 2002, 2009, 2016-ci illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. 2008, 2018-ci ildə prezident seçkiləri ilə bağlı da bu kimi heç bir məlumat prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək”, - o qeyd edib.
Elçin Məmmədovun sözlərinə görə, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər.
“Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.