Qarabağın dirçəldilməsinin dövlətin ən mühüm məsələlərindən biri olduğunu bir daha bəyan etmişdi

Qarabağın dirçəldilməsinin dövlətin ən mühüm məsələlərindən biri  olduğunu bir daha bəyan etmişdi
“Artıq hamımız geriyə, evimizə qayıdacağımıza şübhə etmirik. 20-dən çox kənd işğaldan azad edilib, 100 mindən çox insan məcburi köçkün deyil. Qarabağ bizim tariximiz, milli kimliyimiz, vətənimiz, məqsədimiz – hər şeyimizdir: “Biz torpaqlarımıza qayıtmaq istəyirik. O torpaqlardan heç vaxt vaz keçmədik, keçmək fikrimiz də yoxdur. Son 27 ildə ancaq sülh, barışıq, birlikdə yaşamaq naminə gözləryirdik, amma Ermənistan tərəfi açıq şəkildə göstərdi ki, nə sülh istəyirlər, nə barışıq, nə də birlikdə yaşamaq... Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir.
İşğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman ərzində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Artıq bir sıra şəhərlərin Baş planlarının hazırlanması prosesi tam şəkildə öz həllini tapıb. Birmənalı şəkildə vurğulamaq olar ki, Azərbaycan qarşısına qoyduğu əsas hədəflərə çatıb. Prezidentimiz xüsusi vurğulamışdı ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla bərpa işlərini mümkün qədər tezləşdirmək üçün səy göstərilir. Eyni zamanda Qarabağın dirçəldilməsinin dövlətin ən mühüm məsələlərindən biri olduğunu bir daha bəyan etmişdi.
Gerçək olanı odur ki, II Qarabağ savaşında ermənilər döyüş ərazilərindən geri çəkilən zaman böyük əraziləri minalayıblar. Bu zaman həmin yerlərin mina xəritələrini də tərtib etməyiblər. Çünki, savaş davam etdiyi müddətdə bu çətin bir prosesdir. Düşünürəm ki, Azərbaycan tərəfi mina sahələrini saxta xəritələrdən faydalana bilmədən təmizləməli olacaq. Ümumiyyətlə, ərazilərin minalardan və partlamamış sursatdan təmizlənməsi uzun illər çəkən prosesdir. Belə ərazilər isə çox böyükür. 30 il ərzində təkcə təmas xətti minalanmayıb, I Qarabağ savaşını da hesablamalıyıq. Demək olar ki, bütün işğal olunmuş ərazilər mina təhlükəsi saçır. Ermənistan tərəfindən verilən mina xəritələrinin də cəmi 25 faizi dəqiqdir. Üstəlik, bu problemin həlli böyük vəsait tələb edir. Təkcə Ağdama 97 mindən çox mina basdırılıb. Bu isə milyonlarla dollar vəsait deməkdir. Odur ki, xarici köməyə böyük ehtiyac var. Türkiyədən məsafədən idarəolunan maşınlar gətirilib, Çexiyadan da maşınlar almışıq. Türkiyə, Rusiya nümayəndələri də minatəmizləmədə iştirak edirlər. Minatəmizləyənlər Qarabağın əsas yerlərini ölümsaçan bəladan sürətlə təmizləyir, iri şəhərlərdə infrastrukturun bərpasına, insanların qayıdışına nail olmaq istiqamətində ümidli addımlar atılır. Getdikcə daha geniş ərazilər təhlükədən xilas ediləcək, infrastruktur planlı surətdə bərpa ediləcək.

Sabunçu qəsəbəsi, 170 N-li tam orta məktəbin
tarix müəllimi Mədinə Zeynalova

Oxşar xəbərlər