Hacıqabulda qəzaya düşənlərin məktəblilər olduğu müəyyənləşib - ADLAR

Hacıqabulda qəzaya düşənlərin məktəblilər olduğu müəyyənləşib - ADLAR Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar məktəblilər olub.

APA xəbər verir ki, Rəfail Şirəliyevun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.

Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

Oxşar xəbərlər