“İlin Peşəkar Gənci” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

“İlin Peşəkar Gənci” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

Sentyabr ayının 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş 2022-ci ilin “İlin Peşəkar Gənci” müsabiqəsinin qaliblərinin Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasında mükafatlandırılma mərasimi olub. Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş metal işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib.
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti, Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının vitse-prezidenti Bəkir Yusifov məlumat verib ki, Federasiya tərəfindən gələcəkdə gənclərinin ölkəmizin inkişafı üçün görmək istədiyi işlərə böyük dəstək veriləcək.

Oxşar xəbərlər