Astarada çay daşıb, bir neçə körpünü sel aparıb - VİDEO

Astarada çay daşıb, bir neçə körpünü sel aparıb - VİDEO Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

APA-nın Cənub bürosunun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir.


Oxşar xəbərlər