
“Bu barədə hadisənin iştirakçısı Artur Vardanyanın sözlərinə görə, gecə saatlarında Əsgəran yolunda iyirmiyə yaxın kişi növbətçi olub.
“Polislər və xüsusi təyinatlı dəstənin uşaqları maskalı formada iki avtobusla gəldilər. Bəyan etdilər ki, əgər insanlar yolu açmasalar, güc tətbiq etməli olacaqlar”, - Vardanyan bildirib.
Səbəbi öyrənildikdə isə bildiirldi ki, rus yük maşını Ağdam istiqamətdən keçməlidir. “Ruslar bundan sonra o yoldan keçəcəklər və alternativ yoxdur”, - o deyib.
Erməni mediası yolu bağlayan separatçıların güc tətbiq edilərək dağıdıldığını iddia edir.