
Keçək əsas mətləbə... Bu gün biz Cənubi Qafqazda gedən geosiyasi oyunları şahmat taxtasındakı oyun kimi hesab edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev siyasi səhnədə özünü dünyanın güclü qrossmeysteri olduğunu sübuta yetirərək, geosiyasi oyunda qələbə qazanaraq yeni reallıq yaradıb. Əldə etdiyi qələbəni qoruyub saxlamaq, onun dönməzliyini təmin etmək üçünsə proseslərə illüziyalara qapılmadan düzgün strategiya tətbiq etməklə davamlı qələbəsini qazanıb, mövqeyini möhkəmlədib, güclü oyunçu olduğunu təsdiq etməkdədir. Bu gün Ermənistan və havadarları İlham Əliyevin əlverişli məqamda hücum qabliyyəti nəticəsində məğlubiyyətə uğradılıb və uğradılmaqdadır. Məğlubiyyətlərini həzm etmək istəməyənlər, xüsusən də Fransa Azərbaycana qarşı etdiyi fitnə-fəsad Azərbaycan Prezidentinin “onluğ”u hədəfə alması və düzgün taktiki hücumu ilə iflasa uğradılıb. Çox təəssüflər olsun ki, Fransa bundan hələ də dərs çıxarmaq istəmir. Ola bilsin ki, illüziyalara qapılıb. Bilmək olmur. Fransa anlamalıdır ki, erməninin oyununa gedib növbəti təxribatlar cəhdləri etməklə sülhə əngəlliklər yaratmaq istəyir. Amma Azərbaycan Prezidentinin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Fransanın gedişinə qarşı şahmatdakı kimi hansısa ciddi oyun kombinasiyası hazırlanır. Bakı növbəti dəfə də Fransanın bu oyununu pozacaq. Və gedişlər bunu deməyə əsas verir.
Bakının Xankəndinə yardım göndərməsi, artıq erməniləri və onların havadarlarını pat vəziyyətə salıb. Erməni tərəfi və onların havadarları Bakının göndərdiyi humanitar yardımı qəbul etməsələr, özləri özlərini oyundankənar və ya mat vəziyyətinə salmış olacaqlar. Odur ki, Azərbaycanın “Şah və mat!” deməyinə az qalıb. Bax, onda nə ermənilərin, nə erməni lobbisinin, nə Fransanın, nə də digər erməni havadarı olan oyunçuların şahmatdakı kimi heç “qala qurmaq” üçün də imkanları olacaq.