Ramin Qasımov: Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi

Ramin Qasımov: Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə yaradılıb. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin öz müstəqil hüquqları çərçivəsində atdığı qanuni və zəruri bir addımdır və bütün beynəlxalq prinsiplərə uyğundur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Ramin Qasımov: Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi


Ermənilərin “Qara qapı” adlandırdıqları və I Qarabağ müharibəsi zamanı ərazisindən istifadə etməklə çoxlu silah-sursat və hərbi texnika daşıdığı Laçın şəhəri önəmli strateji əhəmiyyətə malikdir. Azərbaycanın Ermənistanla sərhədində Laçın rayonu ərazisində Həkəri çayı üzərində 23 aprel 2023-cü ildə” Laçın” sərhəd-buraxılış məntəqəsini qurması suverenliyimizin və ərazi bütövlüyümüzün tam şəkildə bərpası deməkdir. Eyni zamanda gələcəkdə regiondakı sülh və stabilliyin təməlidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin öz müstəqil hüquqları çərçivəsində atdığı qanuni və zəruri bir addımdır və bütün beynəlxalq prinsiplərə uyğundur. Bu addım həm Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq, həm də qeyri-qanuni silah, sursat ,mina, terrorçu daşınmasının qarşısını almaq üçün ən optimal həll yoludur. Bu məntəqədən erməni əsilli şəxslərlə yanaşı, Rusiya pasportu daşıyan şəxslərin də maneəsiz və sərbəst keçidinə şərait yaradılır."Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündədinməz-söyləməz farağat dayanır

Ramin Qasımov: Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi


LakınErmənistan tərəfi və onu himayə edən mənfur qüvvələr vəziyyəti gərginləşdirməklə yanaşı müxtəlif səpgili təxribatlar həyata keçlrırlər. Azərbaycanı Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirən erməni hakimiyyəti əslində öz təcavüzkar mövqeyini ortaya qoymuş olur. Tarix boyunca ölkəmizə qarşı qərəzli mövqe tutan, təhrif olunmuş informasiyalar yayan, süni qalmaqallar yaradan erməni milləti Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında da oyunlar qurmağa çalışır.
Lakin Ali Baş Komandanımızın vurğuladığı kimi; "Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var".


Ramin Qasımov: Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi

Oxşar xəbərlər