Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək

Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək Sərhəd-buraxılış məntəqəsinin qurulması o bölgənin sakinlərinin geri qayıdışında mühum rol oynayacaq: “Nəzərə almaq lazımdır ki, ölkə başçısı İlham Əliyev elan edib ki, bu ilin sonuna kimi laçınlıların doğma yurdlarına geri qayıdışı təmin ediləcək. Məlumdur ki, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin olmaması bir sıra problemlərə səbəb olurdu. Həm qanunsuz silah daşınması, həm separatçılara yük daşınması, həm də Azərbaycan ərazisinə qanunsuz giriş-çıxış baş verirdi. Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək. Yox, əgər iki variantdan da imtina edilsə, Azərbaycan milli təhlükəsizlik prizmasından çıxış edərək ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslərin cəzalandırılması qaydasını nümayiş etdirəcək. Hər halda, görünən odur ki, sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiyası üçün yeni mərhələdir – indi separatçılar, mülki ermənilər bu şansı dəyərləndirməlidir. İndi separatçıların özləri və mülki erməni əhali üçün düzəltdiyi saxta pasportların da əhəmiyyəti qalmır, çünki keçid zamanı o pasportlar tanınmayacaq. Deməli, keçidin təmini üçün həmin pasportlar Azərbaycan, ya da Ermənistan pasportları ilə əvəzlənməlidir. Azərbaycanın quraşdırdığı sərhəd-buraxılış məntəqəsində naryad Dövlət Sərhəd Xidməti tərəfindən təşkil ediləcək, artıq Azərbaycan ərazilərinə giriş üçün heç bir alternativ yol qalmır. Sərhəd naryadı mümkün təxribatların qarşısını almaq üçün atəş açmaq, təhlükəli ünsürləri zərərsizləşdirmək üçün beynəlxalq norma və hüququn tanıdığı addımlar atmaq səlahiyyətinə malikdir. Deməli, Azərbaycan Laçın-Xankəndi yolundakı sərhəd məntəqəsi ilə növbəti ATƏŞ açmaq üçün beynəlxalq dəstək də qazanmış olacaq.
Balaxanı qəsəbəsi, 259 N li tam orta məktəbin
tarix müəllimi Rəşad Mayılov



Oxşar xəbərlər