Mirdamət Seyidov: Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi

Mirdamət Seyidov: Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi Şər və Böhtan yazanlara Tutarlı cavab

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov - Azərbaycan hər zaman sabitlik və əməkdaşlıq məkanı kimi tanınır və nüfuz qazanır. Ölkəmiz yerləşdiyi coğrafi məkana görə müxtəlif xalqları, millətləri bir araya gətirən körpü rolunu da oynayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan sabitləşdirici, birləşdirici aktordur, tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkədir. Bu gün dünya Azərbaycanın Qarabağda yaşayan ermənilərə yanaşmasında da bu tolerantlığın şahidinə çevrilir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu məsələyə münasibətini bir daha açıqladı. “Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir” söyləyən dövlət başçısı bildirdi ki, biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur: “İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.”

Cənab İlham Əliyev müsahibəsində sualları cavablandırarkən bir daha Azərbaycanın sülh təşəbbüskarı olduğunu təsdiqlədi. Həm sülh müqaviləsinin imzalanması, həm də Qarabağda yaşayan ermənilərə yanaşma məsələsində qarşı tərəfin tutduğu mövqe bütün məqamlara aydınlıq gətirir. Bu baxımdan ki, Ermənistan hər zaman sülh danışıqlarının aparılmasına, ümumi mövqenin ortaya qoyulmasına müxtəlif bəhanələrlə mane olmağa çalışır. 30 illik işğal dövrünü yada salmaq kifayətdir. Hər dəfə münaqişənin həlli ilə bağlı danışıqların vaxtı təyin ediləndə ya müxtəlif bəhanələrlə yayınırdı, ya da təxribatlara əl ataraq danışıqlara uzun müddət fasilə verilməsinə səbəb olurdu. Danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət havadarlarından aldığı dəstək sayəsində münaqişənin həlli prosesinin 30 il uzadılmasına gətirib çıxardı. Azərbaycan hər zaman sülh tərəfdarı olduğu üçün məsələnin sülh danışıqları əsasında nizamlanmasına çalışdı, bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etmək istəyini ortaya qoydu. Hazırda arxivə atılmış ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılsa da 28 il Ermənistana dəstək funksiyasını yerinə yetirdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın 30 illik dövründə yaşadıqlarına söykənərək belə bir mesajı qarşı tərəfə ünvanladı: “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.”

Qısa təhlil bu ümumiləşdirməni aparmağa əsas verir ki, Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Bu istiqamətdə müxtəlif formatlarda keçirilən görüşlər də prosesin qısa zamanda uğurla başa çatacağı barədə təsəvvür yaradır. Ermənistan keçirilən görüşlərdə Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəkləyir və qəbul edir. Əksər dünya gücləri sülh müqaviləsinin imzalanmasına dəstəklərini sözdən əmələ keçsə, yəni Ermənistanı bu addımı atmağa məcbur etsələr qısa zamanda münasibətlərdə yeni səhifənin açılmasını görərik. Cənab İlham Əliyevin “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur” fikri bir çox məqamlara aydınlıq gətirdi.

Oxşar xəbərlər